"Hizbullah" İsrail ərazisinə yeni zərbələr endirib

14:52 - 28 Oktyabr 2024 - DÜNYA

Livanın “Hizbullah” şiə təşkilatı İsrail ərazisinə növbəti zərbələr endirdiyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə məlumat təşkilatın Telegram kanalında yayılıb.

Qeyd olunur ki, İsrailin şimal-qərbindəki Akko şəhəri yaxınlığında yerləşən hərbi-sənaye müəssisəsi pilotsuz təyyarə ilə hücuma məruz qalıb.
Bundan başqa, Livanla sərhədə yaxın Kiryat Şmona şəhərinə də bir neçə raket atılıb.

Hücumların nəticələri barədə məlumat verilmir.

Xəbər xətti