Pişiklər sahiblərini xəstəliklərdən qoruyur ...

07:16 - 28 Oktyabr 2024 - MARAQLI

Alimlər pişiklərin sahiblərini hansı xəstəliklərdən qoruduğunu aşkar ediblər
Bir çox pişik sahibləri ev heyvanlarına dost və ya ailə üzvləri kimi yanaşırlar.

Pişiklər, öz növbəsində, yalnız depressiyanın öhdəsindən gəlməyə kömək etmir, həm də bədəndəki qlükoza səviyyəsini idarə etməyə kömək edir.

Ucnoqta.az Medicalxpress portalına itinadən bildirir ki, bəzi araşdırmalara görə, ev pişikləri sahiblərinin təkcə psixi deyil, həm də fiziki sağlamlığına təsir edə bilər.
Bu ev heyvanlarının sahiblərinin ürək-damar sistemi xəstəliklərindən ölmə ehtimalı azdır. Qadının evində pişik olması qan şəkərinə nəzarəti yaxşılaşdırır.

Bir araşdırmada 1800 insan arasında sorğu aparılıb və məlum olub ki, hər üç nəfərdən biri pişiyi ən yaxşı dostu və ya övladı hesab edir. Çoxları heyvanların onlara dəstək verdiyini və depressiyanın öhdəsindən gəlməyə kömək etdiyini qeyd edir.

Xəbər xətti