Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon bölməsinin rəisi vəsifəsini icra edən polkovnik-leytenant Xəyyam Babayev həbs edilib.
"Report" xəbər verir ki, bu barədə qərar Bakı Hərbi Məhkəməsi tərəfindən seçilib. Məhkəmənin qərarı Xəyyam Babayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Xəyyam Babayev rüşvət almaqda təqsirləndirilir. Onun barəsində Cinayət Məcəlləsinin 311-cü maddəsi ilə ittiham verilib.