Elm və təhsil naziri Emin Əmrullayev məktəbəqədər təhsil müəssisələrində keçirilmiş diaqnostik qiymətləndirmədən danışıb.
Ucnoqta.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında deyib ki, bağçalardakı diaqnostik qiymətləndirmənin ilkin nəticələri göstərir ki, görülməli işlər çoxdur.
O qeyd edib ki, ümumi nəticəsi qənaətbəxş olan tərbiyəçilərlə yanaşı, təkmilləşdirməyə ehtiyacı olanlar da var.
Nazir bildirib ki, bağça tərbiyəçiləri üçün təlim paketi hazırlanır.