Londonun ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçerslərinin kotirovkaları bir barel üçün 74,47 dollar təşkil edib
Ucnoqta.az xəbər verir ki, bu da əvvəlki ticarətin bağlanışındakı səviyyədən 0,25 dollar (0,3%) çoxdur.
Nyu-York əmtəə birjasında (NYMEX) səhər saatlarında elektron hərraclarda WTI markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,27 dollar (0,4%) artaraq bir barelə görə 70,66 dollar olub.