Sumqayıt şəhər çimərliyində bir nəfərin çantası oğurlanıb.
DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, polisə müraciət edən həmin şəxs içərisində 2 ədəd mobil telefonu, bank kartları və geyim əşyaları olan çantasının çimərlikdə oğurlandığını bildirib.
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 20 yaşlı A.Məmmədli müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.