Ucnoqta.az
www.ucnoqta.az

Çimərlikdə oğurluq edən şəxs saxlanılıb

11:27 - 22 İyul 2024 tarixində dərc olunub.

Sumqayıt şəhər çimərliyində bir nəfərin çantası oğurlanıb.

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, polisə müraciət edən həmin şəxs içərisində 2 ədəd mobil telefonu, bank kartları və geyim əşyaları olan çantasının çimərlikdə oğurlandığını bildirib. 

Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 20 yaşlı A.Məmmədli müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası