"Range Rover" sürücüsü avtobus yolunu "protiv" getdi - VİDEO

16:50 - 6 İyun 2024 - AVTO

Bakıda yol hərəkəti qaydasını pozan sürücünün videosu sosial şəbəkədə yayılıb.

 Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Ziya Bünyadov prospektində baş verib. Belə ki, 10-HE-010 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüsü birtərəfli yolun əksi istiqamətinə çıxıb.

Daha sonra isə avtobus zolağına daxil olaraq axına qarşı hərəkət etməyə başlayıb.

Xəbər xətti