Nöqsanlara yol verən məktəb direktoru işdən çıxarıldı

11:26 - 31 May 2024 - Xəbər

Ağdaş rayonu Orta Ləki kənd M.Nəbiyev adına tam orta məktəbdə bir neçə istiqamət üzrə yoxlama aparılıb, direktor yol verilən nöqsanlara görə işdən çıxarılıb.

Bu barədə Ucnoqta.az-a Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı məktəbdə ümumi idarəetmə, dərsdənkənar məşğələlərin təşkili və tədrisi, şagird davamiyyəti, dərslərin əvəzolunması, texniki heyət işçilərinin işə davamiyyəti, məktəbdaxili qiymətləndirmənin düzgün aparılmaması ilə bağlı nöqsan və çatışmazlıqlar aşkar olunmuşdur.

Yoxlamanın nəticəsinə əsasən, məktəbin direktoru Abdullayev Ələm Abdulla oğlu 31 may 2024-cü il tarixindən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən, tutduğu vəzifədən azad edilib.

Mərkəzi Aran Regional Təhsil İdarəsi təhsil müəssisələrində hüquqpozmaların və buna şərait yaradan halların baş verməsini pisləyir, bunun qarşısının alınması, aradan qaldırılması və gələcəkdə bu kimi halların baş verməməsi ilə bağlı idarə tərəfindən təhsil müəssisələrində monitorinq və yoxlamalar davam etdirilir.

Xəbər xətti