May ayı ərzində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki bir sıra təhsil müəssisələrində monitorinqlər keçirilib.
Belə ki, təhsil müəssisələrində aparılmış monitorinqlər zamanı aşkar edilmiş ciddi pozuntu və nöqsanlara əsasən, qanunvericiliklə müəyyən olunmuş əmək funksiyası və vəzifəsini düzgün yerinə yetirmədiyi üçün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyininin müvafiq əmri ilə 4 müəssisə rəhbəri ilə bağlanılmış əmək müqaviləsinə xitam verilib və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müvafiq əmrləri ilə 6 müəssisə rəhbərinə töhmət, 1 müəssisə rəhbərinə şiddətli töhmət verilib.
Töhmət verilib:
- Qax rayon Güllük kənd M.Ə.Sabir adına tam orta məktəbin direktoru
- Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru
- Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın tərbiyə işləri üzrə direktor müavini
- Şəki rayon Baltalı kənd uşaq bağçasının müdiri
- Şəki rayon Oxud kənd uşaq bağçasının müdiri
- Şəki rayon Şorsu kənd uşaq bağçasının müdiri
Sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib:
- Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta məktəbin direktoru
İşdən azad olunub:
- Qəbələ şəhər Pərviz Osmanov adına 2 nömrəli tam orta məktəbin direktoru
- Qax rayon Zəyəm kənd Əmrah Cabbaroğlu adına tam orta məktəbin direktoru
- Qəbələ rayon Çuxur Qəbələ kənd Əbülfət Məmmədov adına tam orta məktəbin direktoru
- Qax şəhər 2 nömrəli körpələr evi-uşaq bağçası müdiri
Əlavə olaraq, aparılmış monitorinqlərin nəticələrinə əsasən vəzifə funksiyalarını düzgün yerinə yetirmədiyi üçün müəssisə rəhbəri tərəfindən Qax rayonu Zəyəm kənd tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavininə və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı töhmət, Qəbələ rayonu Uludaş kənd tam orta məktəbinin təsərrüfat müdiri və Qəbələ şəhəri 3 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavininin əmək müqavilələrinə xitam verilmişdir.
Qeyd edək ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin fəaliyyət planına və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin “Monitorinqlərin keçirilməsi barədə” 29 aprel 2024-cü il tarixli elektron məktubunun icrasına uyğun olaraq məktəbəqədər və ümumi təhsil müəssisələrində monitorinqlər həyata keçirilir.