“Tottenhem”in sahibi 5 milyon dollar cərimələndi

11:04 - 5 Aprel 2024 - Xəbər

 ABŞ məhkəməsi britaniyalı milyarder Co Lyuisə sahib olduğu şirkətlər haqqında insayder birja məlumatlarını ötürdüyünə görə üç il sınaq müddəti və 5 milyon dollar cərimələnib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, 87 yaşlı Lyuis 2023-cü ilin iyul ayında şirkətləri haqqında insayder məlumatları tərəfdaşına, dostlarına, şəxsi köməkçilərinə və iki şəxsi pilota ötürməkdə ittiham olunub. Agentlik qeyd edir ki, ittiham tərəfi iddia edib ki, onun məsləhətləri məlumatı alanlara milyonlarla dollar qazanc əldə etməyə imkan verib. Bildirilir ki, yanvarda milyarder günahını etiraf edib və prokurorluqla sövdələşib.

Reuters-in məlumatına görə, hökm aprelin 4-də Manhettendə rayon məhkəməsinin hakimi tərəfindən çıxarılıb. Qərar elan edildikdən sonra Lyuisin nümayəndəsi Mark Herr bildirib ki, milyarder yaşı və səhhətindəki problemlər nəzərə alınaraq ona təyin edilmiş sınaq müddəti üçün məhkəməyə minnətdardır.

Lyuis Tavistock Group investisiya şirkətinin və İngiltərə Premyer Liqası "Tottenham Hotspur" futbol klubunun sahibidir.

Xəbər xətti