Bu qruplarda keçid balları artacaq... - Ekspert

16:58 - 4 Aprel 2024 - Xəbər

Təhsil eksperti Elçin Əfəndi bu il keçiriləcək qəbul imtahanları ilə bağlı proqnozlarını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, o, bu il I ixtisas qrupunun Rİ alt qrupunda bal artımı gözlənildiyini deyib.

Ekspertin sözlərinə görə, I ixtisas qrupunun RK alt qrupunda bir o qədər də artım gözlənilmir.

"Bu il II ixtisas qrupunda, III ixtisas qrupunun DT və TC alt qrupularında, IV ixtisas qrupunda bal artımı gözlənilir. V ixtisas qrupunda və 11 illikdən kolleclər üzrə bal artımı mütləq gözlənilir", - o deyib.

Xəbər xətti