Müğənni Rəqsanə İsmayılova Moskvada saxlanılması ilə bağlı məlumatlara münasibət bildirib.
Ucnoqta.az xəbər verir ki, müğənni yayımladığı videomüraciətində saxlanılması barədə Rusiyanın "ВЧК-ОГПУ" Teleqram kanalının yaydığı məlumatı təkzib edib.
O, hazırda Moskvada olduğunu bildirib və əlavə edib ki, aprelin 10-dan sonra Azərbaycana qayıdacaq.
“Mənim hansısa səbəbdən saxlandığımı, problemlərin olduğunu yazırlar. Heç bir problem yoxdur, məni heç kim saxlamayıb”.
14:57
Azərbaycanın tanınmış müğənnisi Rəqsanə İsmayılova Moskvada qanunsuz miqrasiyanın təşkilinə görə cinayət işi üzrə saxlanılıb.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, İsmayılova Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Rüşvət vermə” və “Sənəd saxtakarlığı” maddələri ilə ittiham olunur.