Tərkibində yağ olan qidalardan uzaq durmaq öd kisəsi, ürək, hormonal sistem və beyin üçün zərərlidir.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” terapevt İrina Baranovaya istinadən məlumat yayıb.
Yağlı balıqlarda, qozda, kətan toxumunda və sakatatlarda olan doymamış yağlar ödün axıcılığını qorumaq və bağırsaqlara ötürmək üçün lazımdır. Yağlar olmadan öd daşı riski artır. Bundan əlavə, yağdan imtina beynin və bütün sinir sisteminin, dərinin sağlamlığını pisləşdirə, hormonların sintezini poza və "yaxşı" xolesterol səviyyəsinin azalmasına səbəb ola bilər. Pəhrizdə zülalların, yağların və karbohidratların balansını qorumaq və çatışmazlığı tamamlamaq, kifayət qədər lif yemək və daha çox hərəkət etmək vacibdir.
“Ən zərərli, ümumiyyətlə qəbul etməməyin daha yaxşı olduğu yağ növü trans yağlardır. Onlar yarımfabrikatlar, fast food, marqarin, popkorn, peçenye, tortlar və s.-də çoxluq təşkil edir. Onlar bir çox xəstəliklərin riskini artırır: ürək-damar xəstəlikləri, infarkt və hətta bəzi xərçəng növləri, məsələn, kolorektal xərçəng və döş xərçəngi”, - həkim vurğulayıb.