Əməkdar artist Coşqun Rəhimova ağır itki üz verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Məlumata görə, aktyorun uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən anası Ağanaz Rəhimova 82 yaşında dünyasını dəyişib.
Bildirilir ki, mərhum Lənkəran rayonunda dəfn olunacaq.