İlon Maskın 55 milyard dollarlıq əmək haqqı verilməyəcək

13:08 - 31 Yanvar 2024 - Xəbər

Delaver ştatının məhkəməsi iş adamı və Tesla şirkətinin rəhbərinə 55 milyard dollarlıq rekord əmək haqqı paketini ödəməmək qərarını verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Financial Times yazır.

Nəşrin fikrincə, belə bir məhkəmə qərarı Maskın dünyanın ən varlı adamı statusunu təhlükə altına qoya bilər.

Qeyd olunur ki, Delaver ştatında hakim öz qərarında Maskın mükafatının şirkətin direktorlar şurası tərəfindən düzgün təsdiq olunmadığını və bu səbəbdən Tesla səhmdarlarının aldadılmasını müəyyən edib.

Xəbər xətti