Fiziki məhdudiyyəti olan 32 yaşlı Ruslan hazırda 16 yaşlı Yeganə ilə nikahsız yaşayır.
Ucnoqta.az xəbər verir ki, bir-birinə qoşulub qaçan cütülüklərlə mətbuatda yayılan xəbər tənqid olunub. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə də bununla bağlı sosial şəbəkədə sərt tənqid edib:
"Hörmətli baku.tv təbliğ etdiyiniz sevgi deyil!!! Erkən nikahla, pedofiliyadır!!! Yetər!!!"
Qeyd edək ki, hazırda dünyanı narahat edən aktual problemlərdən biri də erkən nikahlardır. Erkən nikah yaxud uşaq nikahları 18 yaşından az olan uşaqların fiziki, mənəvi və psixoloji cəhətdən evliliyə və uşaq sahibi olmaq məsuliyyətini daşımağa hazır olmadan bağlanan nikahlardır.
Azərbaycan Respublikasının Ailə Məcəlləsində beynəlxalq qanunvericiliyə uyğun olaraq son yaş həddi kimi 18 yaş müəyyən edilib.