Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.
Ucnoqta.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, hazırda:
1. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.