İspaniya sakinləri ənənəvi yumurta-un döyüşündə on iki min yumurta sındırdılar.
Ucnoqta.az xəbər verir ki, bu barədə “La Vanguardia” qəzeti yazıb.
Döyüş zamanı yumurtadan əlavə 2,5 tondan çox un da səpələnib. Ənənəvi "döyüş" hər il Müqəddəs Günahsızlar Günündə baş verir - "qırğın" iştirakçıları "hərbi xunta" və "müxalifət"ə bölünür və bir-birlərinə yumurta və un atırlar.
İbi şəhərinin meri Serxio Karraskonun sözlərinə görə, mərmi kimi istifadə edilən bütün yumurtaların istifadə müddəti bitib.