Allergiya deyib keçməyin – Həkimdən xəbərdarlıq

06:21 - 27 Dekabr 2023 - Cəmiyyət

Uşaqlar günəş işığına məruz qaldıqda dəridə yüngül formadan tutmuş ağır formaya qədər seyr edən simptomlar müşahidə edilir. Bu başlanğıcda allergik simptomlarla təzahür edən, əslində isə altda yatan daha ciddi və nadir rast gəlinən ailəvi hematoloji xəstəlik ola bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dr.Usaq hematoloqu Sevil Cəlilova deyib.
Sevil Cəlilova bildirib ki, porfiriya hem (prtoporfirin IX+ Fe2+) biosintezində iştirak edən fermentlərin anadangəlmə və ya qazanılmış pozğunluğu və ya çatışmazlığı olub, çpx nadir rast gəlinir: 

"Xəstəliyin hepatik və eritropoetik forması vardır. Porfiriya tek bir xəstəlik olmayıb müxtəlif klinik sindromlara sahib xəstəliklərin ortaq qrup adıdır. Primer porfiriyalar, işığa həssaslığın artması ilə müşayiət olunan porfiriyalar, nevroloji sindromlarla xarakterizə porfiriyalar ve ikincili porfiriyalar olmaqla təsnifatlandırılır. Ana və atadan autosom dominant və ressessiv ötürülmə ilə övlada keçir. Odur ki, diaqnostikada sidikdə porfobilinogen təyini ilə yanaşı genetik test mütləq hesab edilir.

Porfiriya kutanoz tarda (PKT) nadir görülən porfiriyalar içində daha çox rats gəlinən tip olub işığa həssas porfiriya qrupunda yer alır. Müalicədə hidroksiklorikin və hemin infuziyası tətbiq edilir. Günəşdən qorunmaq və dəriyə qulluq isə başlıca amil hesab edilir. Hətta hemin infuziyası belə qaranlıqda hazırlanmalı və infuziya olunmalıdır."

Xəbər xətti