Cənubi Afrikada daşqınlar nəticəsində 6 nəfər ölüb

13:57 - 26 Dekabr 2023 - Xəbər

Cənubi Afrikanın şərqində Ledismit şəhəri yaxınlığında baş verən daşqınlar nəticəsində azı 6 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə yerli SABC radiostansiyası məlumat yayıb.

O qeyd edir ki, daha 10 nəfər itkin düşmüş hesab olunur və axtarışdadır.

Son sutka ərzində Cənubi Afrikanın şərqində yağan güclü yağışlar çaylarda suyun artmasına səbəb olub. 

Xəbər xətti