ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb (YENİLƏNİB)

16:20 - 26 Dekabr 2023 - Xəbər

Dekabrın 26-da Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlunun mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baş prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

13:54

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Ağdamda minaya düşüb.

Bu barədə Ucnoqta.az-a ANAMA məlumat verilib.  Məlumata görə, 2023-cü il 26 dekabr tarixində işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində Agentliyin əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş vermişdir.

Xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılır. Vəziyyəti qənaətbəxşdir.

Xəbər xətti