Hacıqabulda avtomobil 8 yaşlı məktəblini vuraraq öldürüb

14:41 - 25 Dekabr 2023 - Xəbər

Hacıqabulda avtomobil məktəblini vuraraq öldürüb.

“Report”un məlumatına görə, hadisə rayonun Həvahi kəndində qeydə alınıb.

Belə ki, avtomobil yolu keçmək istəyən 2015-ci il təvəllüdlü Rzayev Əlisoltan Əli oğlunu vurub. Yaralı Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti