“Elə bir adam yoxdur ki, cənab İlham Əliyevdən yaxşı prezident olsun. İlham Əliyevin gördüyü işlərə, hərtərəfli fəaliyyətinə görə ona alternativ yoxdur. Əliyev seçiləcək. Mən də ona səs verəcəyəm”.
Ucnoqta.az Pravda-ya istinadla xəbər verir ki, bunu Xalq artisti Rasim Balayev deyib.
O, 7 fevral növbədənkənar prezident seçkilərinə namizədliyini irəli sürənlər barədə rəyini bildirib: “Namizədliklərini irəli sürənlər elə-belə, havayı şeydir. Bugünkü reallıq budur ki, İlham Əliyevdən başqa Prezidentliyə heç bir namizəd ola bilməz”.
R. Balayev İlham Əliyevin ömürlük prezident seçilməsi barədə fikirlərə də münasibət bildirib: “Niyə ömürlük olsun? Birdəfəlik prezident olsa, onda dünya ictimiayyətində belə fikir yaranar ki, Azərbaycanda totalitarizmdir. 7 ildən bir keçiriləcək, həmişə də İlham Əliyev seçiləcək, ömrünün axırına kimi...”