"Bakıkart" kartlarında problem - FOTO

11:50 - 20 Dekabr 2023 - Xəbər

Bu gündən "Bakıkart" ödəniş kartlarında problem yaranıb

Ucnoqta.az xəbər verir ki, sərnişinlər gediş kartlarına vəsait yükləməkdə çətinlik çəkib. Yüklənən məbləğ isə kartda əks olunmur.

"Bakıkart"ın istifadəyə verdiyi mobil tətbiq də işləmir. Hazırda mobil tətbiqdə texniki işlərin görüldüyü qeyd olunur.

"Bakıkart"ın əlaqə üçün telefon nömrələri də zənglərə cavab vermir.

 


Xəbər xətti