Ərdoğan yanvarın 15-də İstanbul bələdiyyə başqanlığına namizədini açıqlayacaq

11:16 - 20 Dekabr 2023 - Xəbər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasından (AKP) İstanbul bələdiyyə başqanlığına namizəd yanvarın 15-də açıqlanacaq.

Ucnoqta.az “Cümhuriyyət”ə istinadən xəbər verir ki, bu tarix Türkiyə liderinin siyasi karyerası ilə bağlı olduğu üçün təsadüfi seçilməyib.

Məlumata görə, Ərdoğanın yanvarın 15-i seçməsi 1994-cü ilin bu günündə Türkiyənin ən böyük şəhərinin meri seçilməsi ilə bağlıdır. “Bu yolla Ərdoğan qazandığı seçkilərlə onun rəhbərlik etdiyi AKP-nin namizədinin qalib gələcəyi qarşıdakı seçkilər arasında paralellər aparmaq istəyir”, - “Cumhuriyet” yazır.

Nəşr qeyd edir ki, Türkiyənin hakim partiyası dekabrın 27-də digər şəhərlərin bələdiyyə sədrlərinə namizədlərini elan etməyə başlayacaq.

İstanbul merliyinə müxalifətin namizədi metropolis administrasiyasının hazırkı rəhbəri Əkrəm İmamoğlu olacaq.

Xəbər xətti