Avtoxuliqanlıq edən şəxs həbs olunub

11:09 - 20 Dekabr 2023 - AVTO

Avtoxuliqanlıq edərək görüntüləri sosial şəbəkədə paylaşan Astara sakini inzibati qaydada həbs olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumata görə, Astara rayon sakini Səttar Quliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə rayonun müxtəlif ərazilərində yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla avtoxuliqanlıq hərəkətləri edib və həmin görüntüləri “Tik-Tok” sosial şəbəkəsində paylaşıb.

Astara Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan həmin sürücü barəsində inzibati protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə S.Quliyev sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Xəbər xətti