"Bolt" qiyməti artırıb? - AÇIQLAMA

14:47 - 19 Dekabr 2023 - Xəbər

“Bolt” şirkəti taksi tariflərini artırmayıb.

Bu barədə “Bolt” şirkətindən “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib.

““Bolt” ilə səyahətlərin qiyməti dəyişməyib. Lakin səyahətin yekun dəyəri müxtəlif göstəricilərdən asılı olaraq avtomatik olaraq artıb-azala bilər. Bura yoldakı vəziyyət, hava şəraiti, səfərlərə tələbat və digər amillər daxildir" - şirkətin açıqlamasında bildirilib.

“Bolt” şirkətinin sürücüsü Elnur Əliyev də açıqlamasında deyib ki, hələlik heç bir qiymət artımı olmayıb: ““Bolt” taksi şirkəti qiymətləri qaldırmayıb. Lakin qiymətlərin qaldırılması daha yaxşı olardı. Çünki qiymətlərin bu qədər aşağı olması bizim üçün sərfəli deyil”.
O bildirib ki, günlük 25 sifariş götürərək ümumi əldə etdiyi 80 manatdan 30-40 manat qazancı olur. E.Əliyev deyir ki, “Bolt” taksi sürücüləri minimal qiymətin 4 manatdan hesablanmasını istəyir. Digər “Bolt” sürücüsü Ruslan Məmmədov da qiymətlərin qalxmadığını deyib.
Qeyd edək ki, müxtəlif istiqamətlər üzrə taksi sifarişi zamanı da hələlik ki, qiymətlərdə hər hansı artım gözə dəyməyib.

Xəbər xətti