Hyundai Motor Rusiyadakı zavodunu satmaq qərarına gəlib
Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap məlumat yayıb. Məlumata görə, Cənubi Koreyanın Hyundai Motor şirkəti Rusiyadakı zavodunu satmaq qərarına gəlib.
Bu qərar Rusiyada maliyyə fəaliyyətinin həyata keçirilməsində çətinliklərlə bağlıdır.
Qeyd olunur ki, bu qərara səbəb Rusiya Federasiyasına qarşı sanksiyalar olub.