UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda "Qarabağ" Bakıda İsveçin "Hakken" klubunu qarşılayıb.
Ucnoqta.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyun "köhlən atlar"ın 2:1 qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın 1-ci dəqiqəsində Leandro Andrade "Qarabağ"da hesabı açıb. 45+3-cü dəqiqədə Yassin Benzia rəqibi ikinci dəfə mərkəzdən başlamağa məcbur edib.
Oyunun son dəqiqələrində hesab arasında fərq azalıb. Bədavi Hüseynovun avtoqolu sayəsində hesab 2:1 olub.
Matçın baş hakimi albaniyalı FIFA referisi Yucin Cayadır.
14 dekabr
UEFA Avropa Liqası
21:45."Qarabağ" (Azərbaycan) - "Hekken" (İsveç) - 2:1
Qol: Leandro Andrade, 1, Yassin Benzia, 45+4
Qırmızı vərəqə: Marko Veşoviç, 56 ("Qarabağ")
Baş hakim: Yucin Caya (Albaniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu