Ucnoqta.az
www.ucnoqta.az

"Qarabağ" tarixində ilk dəfə UEFA Avropa Liqasının pley-offunda

23:41 - 14 Dekabr 2023 tarixində dərc olunub.

UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda "Qarabağ" Bakıda İsveçin "Hakken" klubunu qarşılayıb.

Ucnoqta.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyun "köhlən atlar"ın 2:1 qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın 1-ci dəqiqəsində Leandro Andrade "Qarabağ"da hesabı açıb. 45+3-cü dəqiqədə Yassin Benzia rəqibi ikinci dəfə mərkəzdən başlamağa məcbur edib.

Oyunun son dəqiqələrində hesab arasında fərq azalıb. Bədavi Hüseynovun avtoqolu sayəsində hesab 2:1 olub.

Matçın baş hakimi albaniyalı FIFA referisi Yucin Cayadır.

14 dekabr

UEFA Avropa Liqası

21:45."Qarabağ" (Azərbaycan) - "Hekken" (İsveç) - 2:1

Qol: Leandro Andrade, 1, Yassin Benzia, 45+4

Qırmızı vərəqə: Marko Veşoviç, 56 ("Qarabağ")

Baş hakim: Yucin Caya (Albaniya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Müəllif: Ucnoqta.az redaksiyası