Xankəndidə bir sülhməramlı ölüb, ikisi yaralanıb - Rusiya MN

21:11 - 12 Dekabr 2023 - Xəbər

Rusiya Müdafiə Nazirliyi Xankəndidə BTR-in aşması nəticəsində 1 hərbi qulluqçunun öldüyünü, ikisinin yaralandığını təsdiqləyib.

APA xəbər verir ki, bu barədə Rusiya MN-in informasiya bülletenində bildirilib.

Qeyd edək ki, ötən gün qəza nəticəsində 1 rusiyalı hərbi qulluqçu həlak olub, iki nəfər yaralanıb. Yaralılar Xankəndidəki tibb müəssisəsinə çatdırılıb.

Xəbər xətti