Pakistanın şimal-qərbində 25 əsgər həlak olub

19:20 - 12 Dekabr 2023 - DÜNYA

Pakistanın şimal-qərbində, Əfqanıstanla həmsərhəd Hayber Paxtunxva əyalətində terror aktları və antiterror əməliyyatları nəticəsində azı 25 hərbçi həlak olub.

Ucnoqta.az-ın məlumatına görə, Pakistan Müdafiə Nazirliyinin Xidmətlərarası İctimai Əlaqələr məlumatında deyilir ki, təhlükəsizlik qüvvələri 27 ekstremisti məhv edib.

Məlumata görə, səhər tezdən altı ekstremist Daraban bölgəsindəki təhlükəsizlik keçid məntəqəsinə hücum edib. Hücum zamanı kamikadzenin idarə etdiyi partlayıcı ilə avtomobil hərbçilərin olduğu məktəb binasına çırpılıb. Partlayış binanın dağılmasına və 23 əsgərin ölümünə səbəb olub. Hücumda iştirak edən 6 yaraqlı öldürülüb.

Eyni əyalətin Dera İsmayıl Xan rayonunda təhlükəsizlik qüvvələrinin keçirdiyi iki əməliyyatda daha 21 terrorçu zərərsizləşdirilib. Orada ekstremistlərlə döyüşlərdə iki hərbçi həlak olub.

Xəbər xətti