Gələn ilin əvvəlində yeni qatarlar xəttə buraxılacaq - Rövşən Rüstəmov

14:41 - 12 Dekabr 2023 - Cəmiyyət

“Stadler” şirkəti ilə imzalanan müqaviləyə uyğun olaraq Azərbaycana gətirilməli olan 10 qatardan biri artıq artıq Bakıdadır.

Ucnoqta.az xəbər verir ki bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov deyib

"Digər qatar bu gün sərhəddən keçir. 4 qatarın isə ilin sonunadək gətirilməsi nəzərdə tutulub. 6 qatarın istifadəyə verilməsi üçün son işlər görülür. Gələn qatarlar sınaqdan keçirildikdən sonra 2024-cü ilin mart-aprel ayında istifadəyə veriləcək"- ADY sədri əlavə edib.///apa

Xəbər xətti