Kürdəmirdə 8-ci sinif şagirdinin ərə verildiyi iddia edilir.
Ucnoqta.az Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə rayonun Muradxan kəndində baş verib.
14 yaşlı qızın babası yayılan məlumatları şərh edib.
Yeniyetmənin təhsildən yayınıb-yayınmaması, iddiaların nə qədər real olduğu Kürdəmir Rayon İcra Hakimiyyəti və polis tərəfindən araşdırılıb.
Təhsildən kənar qalmamasına mütəmadi nəzarət olunacaq.