İsrail ordusu Livandan atılan raketlərə cavab zərbələri endirib

13:48 - 12 Dekabr 2023 - DÜNYA

İsrail Müdafiə Qüvvələri (IDF) Livandan İsrail ərazisinə iki mərmi atdığını qeydə alıb və atəşin gəldiyi yerlərə cavab zərbələri endirir.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Bir müddət əvvəl Livandan İsrailin şimalındakı Malkiya kəndi istiqamətində iki atış qeydə alınıb", - məlumatda deyilir.

“İD artilleriyası atəşin çıxdığı yerlərə zərbələr endirir”, - deyə mətbuat xidməti əlavə edib.

Xəbər xətti