Lavrov iranlı həmkarı ilə Qəzzadəki vəziyyəti müzakirə edib
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. Məlumata görə, Lavrov və İran Xarici İşlər Nazirliyinin rəhbəri Hüseyn Əmir-AbdullahianQəzza zolağında humanitar vəziyyətin pisləşməsindən narahat olduqlarını bildiriblər. Nazirlər atəşkəsin vacibliyini vurğulayıblar.