"Ankaragücü" futbol klubunun prezidenti matçdan sonra hakimi vurmasının səbəbini açıqlayıb
Ucnoqta.az xəbər verir ki, Faruk Kocanın açıqlamasını “Sabah Spor” portalı yazıb. o, bildirib ki, oyundan sonra baş hakim Halil Umut Meleri oyun zamanı verdiyi səhv qərarlara görə vurub.
"Bu hadisə hakimin verdiyi səhv qərarlar və təxribatçı davranışlar üzündən baş verib. Məqsədim hakimin hərəkətinə şifahi cavab vermək və onun üzünə tüpürmək idi. Hakimin üzünə vurdum, vurduğum sillə də oldu. Sınıq olmadı. Yumruqdan sonra hakim təxminən 5-10 saniyə dayandı və yerə yıxıldı”.
Türkiyə çempionatının "Ankaragücü" - "Rizəspor" matçının hakiminə qarşı zorakılıq hərəkəti törətməkdə şübhəli bilinən Koca və daha iki nəfərin həbs olunub.