Bu ərazilərdə pulsuz fərdi evlərin tikintisinə başlanır

10:30 - 12 Dekabr 2023 - Cəmiyyət

Qubadlı rayonunun Mahzurlu və Zilanlı kəndlərində fərdi yaşayış evlərinin tikintisinə başlanır.

Ucnoqta.az-ın Ölkə.Az-a istinadən məlumatına görə, mənzillər 2, 3, 4 və 5 otaqlı olmaqla inşa ediləcək.

Tikinti işləri “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa və Tikinti İdarəetmə Xidməti” publik hüquqi şəxs tərəfindən təşkil olunur.

Hələlik yaşayış evlərinin hansı şirkət tərəfindən inşa ediləcəyi müəyyən olunmayıb.

Xəbər xətti