Pakistanda partlayışda 4 polis ölüb

09:44 - 12 Dekabr 2023 - DÜNYA

Pakistanın Xayber-Paxtunxva əyalətinin şimal-qərbində polis məntəqəsində baş verən partlayış nəticəsində azı dörd təhlükəsizlik qüvvəsi ölüb, bir neçəsi yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Məlumata görə, eyni əyalətin Dera İsmayıl Xan rayonunda həyata keçirilən növbəti terror aktı nəticəsində daha 28 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Partlayışlara görə məsuliyyəti qadağan olunmuş “Təhrik-e-Taliban Pakistan” terror qruplaşması öz üzərinə götürüb.

Xəbər xətti