Moskva hava limanlarında 20-dən çox reys təxirə salınıb

08:29 - 12 Dekabr 2023 - DÜNYA

Dekabrın 12-də səhər saatlarında Moskvanın üç hava limanında 26 reys təxirə salınıb və ya ləğv olunub.

Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, paytaxtın Vnukovo hava limanında səkkiz reys gecikib və ikisi ləğv edilib. Domodedovoda 12 reys gecikib, daha üç reys təxirə salınıb, Şeremetyevoda isə dörd reys gecikib. Moskva yaxınlığındakı Jukovskidə ləğv edilmiş və ya gecikmiş reyslər yoxdur.

Hidrometeorologiya Mərkəzinin məlumatına görə, dekabrın 12-də Moskvada qar, arabir çovğun, buz və -6°C-yə çatacağı gözlənilir.

Son vaxtlar paytaxt hava limanlarında pis hava şəraiti ilə əlaqədar müntəzəm olaraq reyslər təxirə salınır və ləğv olunur.

Xəbər xətti