Tayvan silahlı qüvvələri bir gündə Çin Xalq Ordusunun 20 təyyarəsi və 9 gəmisinin adaya yaxınlaşdığını qeydə alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə adanın müdafiə departamentinin saytında yerləşdirilən məlumatda deyilir.
Bildirilir ki, bir təyyarə - Z-9 sualtı qayıq əleyhinə helikopter adanın cənub-şərqindəki hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub.
Tayvan ordusu hədəfləri izləmək üçün təyyarələr, gəmilər və yerüstü zenit-raket sistemlərindən istifadə etməklə cavab verib.