İsrail hərbçiləri Livandan sərhəddəki Metula yaşayış məntəqəsi ərazisinə atəş açıldığın və cavab tədbirləri gördüklərini açıqlayıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Bir müddət əvvəl terrorçular Livandan İsrailin şimalındakı Metula ərazisinə doğru bir neçə tank əleyhinə raket atıblar. Tələfat barədə məlumat yoxdur", - deyə məlumatda bildirilir.
“IDF artilleriyası atəş mənbələrinə zərbələr endirir”, - deyə hərbçilər bildirib.