Şimali Kipr Zəfər Gününü təbrik etdi

12:05 - 8 Noyabr 2023 - Xəbər

Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını və ordusunu təbrik edib.

Ucnoqta.az xəbər verir ki, təbrik mətni nazirliyin "X" hesabında paylaşılıb.

"Qardaş Azərbaycan işğal altında olan torpaqlarını azad edib. Qəhrəman Azərbaycan xalqını və ordusunu 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edir, bütün şəhidlərimizi rəhmətlə anırıq", - paylaşımda bildirilib.

Xəbər xətti