Cəlilabaddakı qətlin təfərrüatları

08:53 - 25 Oktyabr 2023 - Cəmiyyət

Cəlilabadda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, qətlə yetirilən 1977-ci il təvəllüdlüdlü Mirxəqani Əhmədov 6 ildir məhkumluq həyatı yaşayır və yenicə azadlığa çıxıb.

Əldə etdiyimiz məlumata görə, qətlin səbəbi qisasdır.

Belə ki, M.Əhmədov vaxtıilə rayon sakinini döyərək onun sağlamlığına ciddi zərbələr vurub.

Onu qətlə yetirən döyülən şəxsin oğlu olub.

Araşdırma davam etdirilir.

Xəbər xətti