Zaqatalada 15 yaşlı qız göbələkdən zəhərlənib

21:30 - 24 Oktyabr 2023 - Xəbər

Zaqatalada zəhərlənmə hadisəsi olub.

APA xəbər verir ki, rayonun Aşağı Tala kənd sakini, 2008-ci il təvəllüdlü Aysun Hikmət qızı Mehdiyeva zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət edib.

Müayinə zamanı A. Mehdiyevanın yaşadığı evin həyətyanı sahəsindən göbələk yığıb yedikdən sonra zəhərləndiyi məlum olub.

A. Mehdiyevaya lazımi tibbi yardım göstərilib, müalicəsi xəstəxanada davam etdirilir.

Xəbər xətti