“WhatsApp” bu smartfonlarda fəaliyyətini dayandırıb - 24 oktyabrdan ...

11:47 - 24 Oktyabr 2023 - MARAQLI

Meta şirkətinə məxsus WhatsApp köhnəlmiş əməliyyat sistemi ilə Android smartfonlarında fəaliyyətini dayandırıb

Ucnoqta.az xəbər verir ki, 24 oktyabrdan tətbiq yalnız Android OS versiyası 5.0 və daha yüksək olan telefonları dəstəkləyəcək.

“WhatsApp” yardım mərkəzi sentyabrın sonunda köhnəlmiş əməliyyat sistemi ilə Android smartfonlarında messencerin fəaliyyətini dayandırdığını elan edib.

Android 5.0 və yuxarı versiyalardan başqa, WhatsApp iOS 12 və daha yuxarı versiyalarla işləyən iPhone smartfonlarını, həmçinin JioPhone və JioPhone 2 daxil olmaqla KaiOS 2.5.0 telefonlarını tövsiyə edir.

Xəbər xətti