Naxçıvan hərbi prokurorunun böyük köməkçisi təqaüdə göndərildi - FOTO

17:25 - 23 Oktyabr 2023 - Xəbər

 

Naxçıvan hərbi prokurorunun böyük köməkçisi, ədliyyə polkovnik-leytenantı İsa Məhərrəmov vəzifəsindən azad olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Ucnoqta.az-a bildirilib ki, İsa Məhərrəmovun prokurorluqda qulluqda olmanın son yaş həddi ilə bağlı qulluq keçməsinə xitam verilib.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası prokuroru Sənan Paşayev oktyabrın 23-də onu qəbul edərək Azərbaycan Baş prokurorunun müvafiq əmri ilə təltif olunduğu “Fəxri fərmanı” təqdim edib.


Xəbər xətti