Abşeronda yeni salınmış yaşayış məntəqəsi “Şəfəq” adlandırılacaq

16:57 - 23 Oktyabr 2023 - Xəbər

Abşeron rayonunun inzibati ərazisində yeni salınmış yaşayış məntəqəsinə ad verilməsi ilə bağlı vətəndaşlardan müraciət daxil olub.

"Report" xəbər verir ki, bunu oktyabrın 23-də Milli Məclis yanında Toponimiya Komissiyasının iclasında Komissiyasının sədri, deputat İsa Həbibbəyli deyib.

O qeyd edib ki, müraciətdə həmin yaşayış məntəqəsinə “Şəfəq” adının verilməsi təklif olunur.

İclasda Abşeron rayonunun inzibat ərazisində salınmış yeni yaşayış məntəqəsinin “Şəfəq” adlandırılması məqsədəmüvafiq hesab olunub.

Xəbər xətti