Sülhməramlıların Qarabağda daha bir müşahidə məntəqəsi bağlanıb

20:30 - 13 Oktyabr 2023 - Xəbər

Son sutkada Rusiya sülhməramlıları Şuşa rayonunda daha bir müşahidə məntəqəsini bağlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, sentyabrın 19-dan etibarən Qarabağda Rusiya sülhməramlılarının ümumilikdə 8 müşahidə və 15 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.

Xəbər xətti